Millimizi məyus edən slovak: "Sonuncu dəfə beş il əvvəl qol vurduğumu bilmirdim"

Slovakiya millisinin yarımmüdafiəçisi Vladimir Vays Millətlər Liqasının 3-cü turunun Bakıda Azərbaycana qarşı keçirilən görüşündən sonra yerli mətbuata danışıb.

Newsport.az-ın məlumatına görə, matçdakı yeganə qolun sahibi olan 32 yaşlı futbolçu matçla bağlı bunları deyib:

"Azərbaycana qarşı asan oyun olmayacağını bilirdik. Düşündüyümüz kimi də oldu. Qol vuracağımıza inanırdıq. Şadam ki, belə alındı. Millidə sonuncu dəfə beş il əvvəl qol vurduğumu bilmirdim. Axı bir ara məni milliyə dəvət etmirdilər. Qalib gəldiyimizə görə şadam. Bilirəm ki, qrupun favoriti bizik. Baş məşqçimizi itirdiyimizə görə məyusam. Uğurlu nəticələr üçün gücümüz var. Bunu Azərbaycanla oyunda göstərdik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right