"Qarabağ" dünya reytinqində 10 pillə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin may ayı üçün klubların reytinq siyahısını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, cədvəldə Azərbaycandan 2 klub yer alıb. 141,5 xalı olan "Qarabağ" ötən reytinqlə müqayisədə 10 pillə irəliləyərək 89-cu pillədə qərarlaşıb. "Neftçi" isə 14 pillə gerilələyib və 81 xalla 235-ci yerdə qərarlaşıb.

Siyahının ilk 3 pilləsində də dəyişiklik olub. "Palmeyras" (Braziliya) 310 xalla ilk pilləyə yüksəlib. "Liverpul" (İngiltərə, 291) 2-ci,  "Flamenqo" (Braziliya, 287) 3-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right