Azərbaycan - Belarus oyununa hakim təyinatları

Millətlər Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək Azərbaycan - Belarus oyununa hakim təyinatları açıqlanıb.

Newsport.az xəbər verir ki, görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək. Referi Anastasios Papapetru olacaq. Ona yan xətt hakimləri qismində Trifon Petropulos və İordanis Aptosoqlu kömək edəcəklər. 4-cü hakim funksiyasını isə Georgios Tsovaras yerinə yetirəcək.

Qeyd edək ki, iyunun 13-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Belarus oyunu Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right