Tadas Simaitis: "Şahin Diniyev çox gözəl insan və məşqçidi" MÜSAHİBƏ

"Kəpəz"də baxışda olan litvalı qapıçı Tadas Simaitis klubun rəsmi "facebook" səhifəsinin suallarını cavablandırıb. 

Newsport.az Tadasın müsahibəsini təqdim edir: 


- "Kəpəz" haqda nə deyə bilərsən?
- İlkin təəssüratım xoşdu. Deyə bilərəm ki, peşəkar kluba gəlmişəm. Kollektiv çox mehribandı. Hesab edirəm ki, bizi qarşıda çox gözəl mövsum gözləyir. Amma daha da əzmlə çalışmalıyıq.

- Necə fikirləşirsən yoxlamadan uğurlu keçə biləcəksən?
- Ümid edirəm ki, hər şey mənim üçün uğurlu alınacaq

- Şahin Diniyev haqqında nə deyə bilərsən?
- Çox yaxşı insan və yaxşı məşqçidi. Futbolçular ona inanır. Oyuna çox gözəl motivasiya edir. Çox istəyərəm uzun müddət onunla işləyim.

- "Kəpəz" azarkeşləri haqqında nə deyə bilərsən? Onu deyim ki bizim fanatlar ölkənin bir nömrəli fanatlarıdı.
- Burda futbolçular mənə azarkeşlərin necə çılğın və tələbkar olduqlarını dedilər. Mən azarkeşlərimizlə görüşmək üçün səbirsizlənirəm. Onlara söz verirəm ki, bütün oyunlarda son dəqiqəyə qədər mübarizə edəcəyik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right