Emin Mahmudov: "Hər şeyi edəcəyik ki, qalib gələk"

Azərbaycan milli komandası UEFA Millətlər Liqasının üçüncü turu çərçivəsində Slovakiya yığmasını qəbul edəcək.

Newsport.az saytının məlumatına görə, matçdan öncə təşkil edilən mətbuat konfransında yığmamızın yarımmüdafiəçisi Emin Mahmudov jurnalistlərin suallarını cavablandırıb:

- Sabah bizi çətin oyun gözləyir, rəqib güclüdür. Yenə də biz oyuna çıxmalıyıq. Tam diqqətli olmalıyıq ki, yüz faizi edək, yaxşı nəticə qazanaq. İlk iki oyunda qələbə qazana bilməmişik. İstəyirik ki, sabah yaxşı nəticə olsun.

- Slovakiya evdə Qazaxıstana uduzdu. İşimiz daha da çətindir?

- Udsaydılar da çətin olacaqdı, uduzsaydılar da. Onlar da matça yüz faiz üçün çıxacaqlar, biz də. Hər şeyi edəcəyik ki, qalib gələk.

- İlk iki oyunda qol vura bilməmişik. Qol vurmağa nə mane olur?

- Hansısa xüsusi səbəb deyə bilmərəm. Bəzən anlaşılmazlıq olur, bəzən  dəqiqlik çatışmır, bəzən də son nöqtəni qoymaq üçün zərbə olmur.

Qeyd edək ki, Azərbaycan - Slovakiya görüşü sabah saat 20:00-da "Dalğa Arena"da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right