“Neftçi”nin istədiyi məşqçi: Hər şey ola bilər

“Neftçi”nin baş məşqçi postuna əsas namizədlərdən biri olan Yuri Vernidub Moldova “Şerif”indən ayrılmasına münasibət bildirib. Newsport.az xəbər verir ki, o, bunları söyləyib:
 
“Bu, bizim ümumi qərarımız oldu. Rəhbərliyə bir daha oraya qayıda bilməyəcəyimi söylədim. İndi ora necə qayıda bilərəm? Komandanı növbəti mövsümə, Çempionlar Liqasının oyunlarına hazırlamaq lazımdır. Çox düzgün addım atdığımı düşünürəm. İndi haradasa çalışmağım mümkün olsa, burada qalıb, Ukraynada çalışmağım yaxşı olar”.
 
Vernidub gələcək planları barədə də danışıb: “Baxacağıq. Planlar var. Amma mən hazırda Ukrayna Silahlı Qüvvələrinin sıralarındayam. Bundan sonra necə olacağını bilmirəm. Mənə imkan verilsə, işləyəcəyəm, alınmasa, sonadək – qələbəmizə qədər burada qalacağam”.
 
Təcrübəli mütəxəssis “Krivbass”ın ona olan marağından da söz açıb: “Bu həyatda hər şey ola bilər. Amma bu gün mən öz bölməmdəyəm. Bu barədə danışmağım üçün konkret nəsə olması lazımdır. Müxtəlif söhbətlər ola bilər. Lakin yenə də qeyd edirəm ki, mən hazırda ordu sıralarındayam”.
 
Qeyd edək ki, Vernidubla yanaşı, belaruslu Viktor Qonçarenko da “Neftçi”nin baş məşqçisi postuna əsas namizədlərdən biridir.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right