Səbail"in yeni transferi Ağabala Ramazanov klubun mətbuat xidmətinə açıqlama verib.
Newsport.az xəbər verir ki, 29 yaşlı hücumçu bunları deyib:
"Səbail"ə qayıtdığım üçün çox şadam. Burada xoşbəxt günlərim olub və birlikdə gözəl qələbələr qazanmışıq. Azarkeşlər ilə də münasibətim hər zaman əla olub. Qarşıda bizi maraqlı turnir gözləyir. Fikrimcə, 10 komanda ilə yarış daha gərgin və rəqabətli olacaq. Mövsümün başlamağını səbirsizliklə gözləyirəm. Qol hesabımı daha da artırmaq istəyirəm. Komandaya var gücümlə kömək etməyə çalışacağam".
Qeyd edək ki, "Zirə"dən ayrılan Ağabala iyunun 3-də "Səbail"lə müqavilə imzalayıb. O, 2018-2019-cu illərdə də bu komandada oynayıb.