Valeri Boçerov: "Azərbaycan millisi ilə oyundakı nəticə bizi məyus etdi"

"Açığı, nəticə bizi məyus etdi. Çünki sonluqda çox yaxşı şanslarımız var idi. Sadəcə, qol vura bilmədik. Bilmirəm, bəlkə də yenə uğur çatışmadı. Görünür, imkanlardan yararlanma faizimiz çox da yaxşı deyil".

Newsport.az-ın məlumatına görə, bunu Belarus yığmasının futbolçusu Valeri Boçerov Azərbaycanla qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının II tur matçı barədə danışarkən deyib.

22 yaşlı yarımmüdafiəçi son 6 rəsmi qarşılaşmada cəmi 1 qol vura bildiklərini xatırladıb: "Bu, fürsətləri dəyərləndirə bilməməyimizlə əlaqədar ola bilər. Çünki müdafiəmizdə hər şey yaxşıdır, çox az top buraxırıq. Ötən oyunda 1 top buraxmış və rəqibə çox da fərqlənmək imkanı verməmişdik. Azərbaycanda isə yaradılan imkanların sayında rəqibi üstələdik. Hücumlar, onları məntiqi sonluğa çatdırmaq üzərində işləyəcəyik".

Boçerov matçın kobud alınmadığını söyləyib: "Sadəcə, rəqib futbolçular bizi daha çox təxribata çəkməyə çalışırdılar. Buna görə də kənardan belə göründü. Azərbaycan millisinin səviyyəcə bizimlə bərabər olduğunu deyə bilərəm. Amma açığı, məni heç nə ilə təəccübləndirmədilər. Sadəcə, topu özlərində daha çox saxladılar".

Oyunçu qrupda birinci yeri tutmaq üçün şanslarının olduğunu vurğulayıb: "Qazaxıstanla növbəti oyuna hazırlaşacağıq. Fikrimcə, hər şey yaxşı olacaq. Novi-Sadda hər şey normaldır, yaxşı şəraitimiz, həmişə isti, gözəl hava var. Özümüzü burada əla hiss edirik. Belə hava şəraitində ilk oyunumuz ağır keçdi, hələ öyrəşə bilməmişdik. Amma indi daha çox uyğunlaşmışıq və nəfəs almaq daha asandır".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right