“Azərbaycan yığması bizi təəccübləndirmədi”

"İkili hisslər keçiririk. Oyunumuz o qədər də alınmadı. Hərçənd, özümüzdən tələb olunanı yerinə yetirməyə çalışırdıq. Qapımızı toxunulmaz saxlamağımız müsbət məqamdır. Mənfi məqam isə odur ki, qol vurmadıq və qalib gəlmədik".

Newsport.az-in məlumatına görə, bunu Belarus yığmasının futbolçusu Danila Neçayev Azərbaycanla qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının II tur matçından sonra yerli assosiasiyanın rəsmi saytına açıqlamasında deyib.

23 yaşlı yarımmüdafiəçi bildirib ki, nəticə qənaətbəxşdir: "Rəqib bizi təəccübləndirmədi. Biz onları araşdırmışdıq, belə oyunlarına hazır idik. Ona görə də heç bir qeyri-adilik olmadı. Amma yaxşı rəqibdir və texnikalı futbolçuları var. Qalib gəlsəydik, öz oyunumdan razı olardım. Amma heç-heçə qənaətbəxş nəticədir".

Milliyə BATE-dən dəvət almış futbolçu Azərbaycanla oyunun kobud alınmasını təbii hesab edib:

"Yığmada oynamaq istəyirsənsə, var gücünü ortaya qoymalı, mübarizədən qorxmamalı, qalib ayrılmalısan. Ona görə də oyunun kobud alınmasında təəccüblü bir şey yoxdur".

Yarımmüdafiəçi 2 oyundan sonra 1 xal qazanmağın kədərli olduğu söyləyib: "Tələb olunanları yerinə yetirmirik. Amma çalışırıq. Hamımız insanıq, robot deyilik. Meydana çıxıb yalnız qalib gələ bilmərik. Qol vura bilmək üçün imkanlardan yararlanmağımız çatışmır. Az da olsa, fərqlənmək imkanları qazanırıq. Rəqibləri sıxmaq, hücumlarda daha dəqiq, aqressiv oynamaq lazımdır".

Naçayev III turda qələbə qazanmaq istədiklərini sözlərinə əlavə edib: "Bərpa olunmalı və nəhayət, Qazaxıstanla oyundan 3 xal götürməliyik. Asan oyun olmayacaq. Qazaxıstan yaxşı, güclü yığmadır. Çətin olacaq, amma qalib gəlməyə çalışacağıq. Qazaxıstanın Slovakiyaya qalib gəlməsi təəccüblü deyil. Biz də Slovakiyaya qarşı pis oynamamışdıq, bir neçə yaxşı imkan yaratmışdıq. Yəni, biz də qalib gələ bilərdik. Ona görə də təəccüblü bir şey yoxdur. Futbol da bir oyundur".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right