Azərbaycan İspaniyanı darmadağın etdi

Mini-futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatında növbəti oyununu keçirib.

Newsport.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv İspaniya ilə qarşılaşıb. Yığma komandamız rəqibini 5:1 hesabı ilə məğlub edib.

Millimizin qollarını Mirmehdi Rzayev, Vüsal İsayev, Rəvan Kərimov, Asif Zeynalov və Seymur Məmmədov vurub.

Komandamız ilk görüşdə Rumıniyaya 0:2 uduzmuşdu. Son turda isə yığmamız sabah Albaniya önünə çıxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right