“Qarabağ”ın futbolçusu Türkiyə klubundan ayrıldı

Türkiyənin “Ankaragücü” klubu “Qarabağ”ın futbolçusu Ovusu Kvabena ilə yollarını ayırıb.

Newsport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Türkiyə Super Liqasına vəsiqə qazanan komanda 25 yaşlı hücumçu ilə yanaşı, daha 10 oyunçusu ilə vidalaşıb. Klub həmin futbolçulara gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, ötən mövsüm icarə əsasında “Ankaragücü”nün formasını geyinmiş Ovusu Kvabenanın “Qarabağ”la 2023-cü ilin yayınadək müqaviləsi var. O, Türkiyə 1-ci liqasında meydana çıxdığı 21 matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right