"Azərbaycanın gənc futbolçuları İtaliyada yaxşı işlər görə bilər" De Byazi

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi İtaliya mətbuatına açıqlama verib. 

Newsport.az xəbər verir ki, "Torino.repubblica"ya danışan 66 yaşlı mütəxəssis Millətlər Liqasında qarşıya qoyulan məqsədlər barədə bunları deyib: 

“Biz zirvəyə çatmağa çalışaraq böyümək üçün Millətlər Liqasında uğur qazanmaq istəyirik. Qrupumuzda Slovakiya hamını qabaqlayır, digərləri ilə ikinci yer uğrunda mübarizə aparır. Azərbaycanın İtaliyada da yaxşı iş görə biləcək maraqlı gənc futbolçuları var. Xüsusən də milli komandada artıq debüt etmiş bəzi oyunçular haqqında düşünürəm. Amma ad çəkmək istəmirəm". 

Qeyd edək ki, millimiz bu gün Millətlər Liqasının 2-ci turunda Belarusla üz-üzə gələcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right