"Bizim futbolçular oyunu öz üzərilərinə götürməyə sanki çəkinir, bu da psixoloji məsələdi"

Azərbaycan milli komandasının veteran futbolçusu Ramin Quliyev yığmanın Millətlər Liqasının qrup mərhələsinin ilk turunda Qazaxıstana məğlubiyyətini şərh edib.

Newsport.az saytına açıqlama verən 40 yaşlı mütəxəssis millimizin Astanadakı uğursuzluğu barədə bunları deyib: "Danışılası çox şey yoxdu. Sadəcə olaraq, məğlubiyyətə görə məyusuq. Hələ qarşıda çox oyun var. Mənə elə gəlir ki, millimizin üzvləri Qazaxıstana məğlubiyyətdən dərs çıxaracaq. Milli hamımızındı və məğlubiyyət həmişə acı gəlir".

Quliyevin fikrincə, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv qrupdakı ikinci oyununda qələbə qazanmağı bacaracaq: "Millinin qrupda çox oyunu var. Fikrimcə, millimiz Belarusla oyunda qalib gələcək. Uşaqlara yığışmaq lazımdı, bir də qələbəyə inanmaq. Bizim futbolçular oyunu öz üzərilərinə götürməyə sanki çəkinir. Bu da psixoloji məsələdi, məğlubiyyətlərdən sonra belə hallar olur. Bir qələbə millimizdə hər şeyi dəyişəcək. Millimizə uğurlar arzu edirəm və qələbə qazanacaqlarına inanıram".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right