Əliyar Ağayev Millətlər Liqasının oyununu idarə etdi

Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasında bu gün keçirilən San-Marino - Malta oyununu idarə edib.

Newsport.az-ın məlumatına görə, matç Maltanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Ağayev sözügedən görüşdə Maltadan 3, San-Marinodan 2 futbolçuya sarı vərəqə göstərib.

Qeyd edək ki, Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmrəli kömək edib. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirib.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right