Musa Qurbanlı: "Çatışmazlıqlarım kifayət qədərdi, onların üzərində işləyəcəm"

21 yaşlılardan ibarət yığma komandamızın hücumçusu Musa Qurbanlı Sportal.az saytına müsahibə verib.
 
Newsport.az-ın məlumatına görə"Qarabağ"ın forvardı yığmanın Estoniya üzərindəki 5:0-lıq qələbəsini şərh edib. Bununla yanaşı özünün əsas millidə oynamaq şanslarını dəyərləndirib.

- Estoniya üzərində inamlı qələbə qazandınız. Hesabın 5:0 qələbə olacağını yəqin ki, təxmin etmirdiz?
- Matç bizim üçün yaxşı alındı. Verilən tapşırıqları maksimum yerinə yetirməyə çalışdıq. Bu da bizdə pis alınmadı. Düzdü, bəzi səhvlərimiz oldu. Rəqibin qol epizodları da var idi. Çalışacağıq ki, səhvlərimiz üzərində işləyək. Matçdan əvvəl sadəcə yaxşı oyun və qələbəyə köklənmişdik. Böyükhesablı qələbə isə daha gözəl alındı.

- Bakıda estonları 3:0 məğlub etməyiniz, budəfəki oyunöncəsi sizdə inamı yüksəltmişdi?
- Xeyr, biz Bakıdakı oyunun hesabını tamamilə yaddan çıxarmışdıq. Tam olaraq bu oyuna köklənmişdik. Əlbəttə ki, qalib gələcəyimizə dair inamımız var idi. Şükürlər olsun ki, buna nail olduq.

- 5:0 hesablı qələbə Finlandiya ilə oyunöncəsi komandaya yüksək motivasiya qazandıracaq? Səncə, onları səfərdə məğlub edə biləcəksiz?
- Əlbəttə ki, hər qələbə bizə əlavə motivasiya verir, inam qazandırır. Hazırda komandada əhval-ruhiyyə yüksəkdi. Bütün oyunlarda olduğu kimi Finlandiyaya qarşı da maksimum gücümüzlə oynayıb, qələbə üçün mübarizə aparacağıq.

- Səncə, Azərbaycan bu qrupda hazırda topladığından daha çox xal yığaraq, daha yuxarı pillələrdə ola bilərdi yoxsa, maksimumu budu komandanın?
- Biz qarşımıza hər zaman maksimum hədəf qoyuruq. Əgər nələrəsə nail olmaq istəyiriksə, qarşımıza yüksək məqsədlər qoyub bu yolda çalışmalıyıq. Hələ qarşıda iki oyunumuz var. Bura kimi də əlimizdən gələni etmişik. Ola bilər hardasa alınmadı, bəzən qismət olmadı, şanssızlıq baş verdi. Bəzən də oyunumuz alınmadı. Amma hər bir halda bizim üçün böyük təcrübə oldu. Ümid edirəm ki, qalan iki oyunumuzda nəticəmizi daha da yaxşılaşdırarıq.

- Daha bir il də U-21 yığmasında oynaya bilərsən. Yoxsa, artıq əsas millidə oynamaq haqda düşünürsən?
- Bu haqda nəsə deyə bilmərəm. Çünki bu tamamilə məşqçilərin qərarından asılıdı. Əlbəttə ki, əsas millimizdə oynamaq hər bir azərbaycanlı futbolçunun arzusudu. Mənim işim hər zaman çox çalışıb, daha da inkişaf etməkdi. Hələ çatışmazlıqlarım kifayət qədərdi, onların üzərində işləyəcəm. Çalışmağa davam edəcəm. İstər U-21, istərsə də əsas millimiz, harada olsam var gücümlə döyüşüb komandaya xeyir verməyə çalışacam.

- Bir ara Avstriyanın “Volfsberger” klubunun səninlə maraqlandığı barədə xəbərlər dolaşırdı mətbuatda. Yayda ölkə xaricinə yollanmaq ehtimalın var?
- Düzünü deyim, bu təklif haqda heç bir məlumatım yoxdu. Bildiyim qədərilə kluba da belə təklif gəlməyib. Mənim özümə də bu haqda hansısa məlumat verilməyib. Ona görə də bütün fikrim “Qarabağ”dadı.

- Əksər insanlar sənə həmişə dəstək olur, haqqında pozitiv düşünürlər. Hətta əsas milliyə kömək edə biləcəyini iddia edirlər. Sənə olan pozitiv yanaşma ilə bağlı fikrin necədi?
- Sağolsunlar, dəstək olurlar, xoş münasibət göstərirlər. Əlbəttə ki, azarkeşlərdən isti münasibət görmək hər zaman xoşdu. Amma milliyə kömək edə biləcəm, ya yox, bunu zaman göstərəcək. Allah hər şeyin ən yaxşısını bilir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right