Yığmamızdan qələbə

Bakıda təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib. 

Newsport.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 3:2 hesablı qələbə qazanıb. U-20-in hər üç qolunu biri penaltidən olmaqla Camal Cəfərov vurub. 

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun iyunun 7-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right