"Ölkəmiz uğrunda mübarizə aparırıq" - Bəhlul Mustafazadə

"Qazaxıstanla oyunu çox yaxşı başladıq, kifayət qədər qol imkanları yaxaladıq. Müdafiədə də etibarlı idik. Sadəcə, hücumda qol imkanlarını reallaşdıra bilmədik. Belarusla görüşə hazırıq. Rəqibi təhlil etmişik. Kifayət qədər kompakt komandadır. Onlara qarşı kreativ olmalıyıq". 

Newsport.az-ın məlumatına görə, bu sözləri millimizin futbolçusu Bəhlul Mustafazadə Serbiyada keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunda Belarusla oyun öncəsi mətbuat konfrasında deyib.

"Qazaxıstanla matçda qol imkanlarını qaçırdıqca bizim də üzərimizə təzyiqlər düşdü və səhvlərdən qollar buraxdıq. Belarus da Qazaxıstan kimi, 5 müdafiəçi ilə oynayır. Belarus Qazaxıstandan daha kompakt çıxış edir. Buna görə də kreativliyimizi artırmalı və ələ düşən imkanlardan yararlanmalıyıq" - deyə o bildirib.

B.Mustafazadə Qazaxıstana məğlubiyyətin komandaya pis təsir etdiyini söyləyib: “Ölkəmiz uğrunda mübarizə aparırıq. Heç kim uduzmaq istəməz. Təəssüf ki, uduzduq. Əlimizdən gələni edəcəyik ki, Belarus üzərində qələbə qazanaraq həm özümüzü, həm də Azərbycan xalqını sevindirək”.

Qeyd edək ki, iyununda 6-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Yığmamız UEFA Millətlər Liqasında ilk matçında səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right