"Qəbələ"nin istədiyi sabiq PSJ-li ilə "Neftçi" və "Zirə" də maraqlanır

"Qəbələ"nin heyətinə qatmaq istədiyi hücumçu Mayingila Nzuzi Mata ölkəmizin digər klublarının da maraq dairəsindədir.

Newsport.az-ın məlumatına görə, konqolu forvardla "Neftçi" və "Zirə" də maraqlanır. Bu barədə Belçika mətbuatı məlumat yayıb. Paytaxt klubları azad agent statusunda olan 28 yaşlı qolcu ilə danışıq aparır.

Mayingila Nzuzi Mata karyerası ərzində "Niort", "Şambli", "Bulon", "Red Star"la yanaşı PSJ-nin B komandasında da oynayıb. O, son olaraq Belçikanın RWDM klubunda çıxış edib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right