Millimizdən Estoniyaya 5 cavabsız qol

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, səfərdə Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 5:0 hesablı qələbə qazanıb. U-21-in qollarını 3 və 33-cü dəqiqələrdə Musa Qurbanlı, 49-cu dəqiqədə Rüfət Abdullazadə, 50-ci dəqiqədə Ceyhun Nuriyev və 84-cü dəqiqədə İsmayıl Zülfüqarlı vurub.

Millimiz növbəti oyununu iyunun 7-də səfərdə Finlandiya komandasına qarşı keçirəcək.

Estoniya - Azərbaycan 0:5

Qol: Musa Qurbanlı, 3, 33, Rüfət Abdullazadə, 49 (pen), Ceyhun Nuriyev, 50, İsmayıl Zülfüqarlı, 84

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right