UEFA-da Azərbaycan - Portuqaliya oyunundakı rekord xatırlandı

UEFA-nın rəsmi saytı 6 il öncə Bakıda U-17 yığmaları arasında keçirilən Avropa çempionatından yazıb.

Newsport.az xəbər verir ki, AVRO-2022-nin (U-17) yekunlarından bəhs edilərkən turnirin tarixindəki əsas faktlar, rəqəmləri qeyd olunub və Azərbaycanın ev sahibi olduğu yarış xatırlanıb. 

Belə ki, 2016-cı ildə paytaxtımızda keçirilən turnir haqda belə yazılıb: "2016-cı ildə Azərbaycanda keçirilən final mərhələsində yerli komanda ilə Portuqaliya arasında baş tutmuş görüşü 33 000 azarkeş izləmişdi. Bu, turnir tarixinin azarkeş rekordudu və hələ də qalmaqdadı".

Bakı Olimpiya Stadionunda keçirilən açılış matçında Azərbaycan Portuqaliyaya 0:5 hesabı ilə məğlub olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right