"Sabah"ın 3 futbolçusu əməliyyat olundu

“Sabah"ın 3 futbolçusu əməliyyat olunub.

Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müdafiəçi Amin Seydiyev qasıq yırtığı əməliyyatı keçirib. Almaniyanın Münhen şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurlu keçib.

Hücumçu Tiemoko Fofana və müdafiəçi Zurab Oçiqava isə Türkiyənin Ankara şəhərində əməliyyat olunub. Tiemoko dizindəki çarpaz bağın bərpası, Zurab isə menisk əməliyyatı keçirib. Hər iki əməliyyat uğurla başa çatıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right