"Everton"un futbolçusu üçün Premyer Liqa nəhənglərinin transfer savaşı

"Everton"un hücumçusu Dominik Kalvert-Levin klubu tərk edə bilər. 

Newsport.az-ın məlumatına görə, 25 yaşlı futbolçu ilə "Arsenal", "Mançester Yunayted" və "Nyukasl" maraqlanır. Xəbərə görə, Liverpul təmsilçisini razı salacaq  təklif gələrsə, klub Kalvertin gedişinə mane olmayacaq. 

Nyukasl şəhərinin təmsilçisi hələ ki, rəqiblərinə nəzərən bir addım öndədir. 

Qeyd edək ki, geridə qalan mövsümdə zədə üzündən cəmi 18 oyunda iştirak edən ingilis futbolçu 5 qolla yadda qalıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right