Azər Bağırov: "Naxçıvan futbolu adına daha yaxşı işlər bizi gözləyir"

“Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov  jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az həmin müsahibəni diqqətinizə çatdırır:

- “Araz Naxçıvan” sizin üçün ciddi çağırışdı. Özünüzü çağırışa tam hazır hesab edirsiz?

- Naxçıvan çox maraqlıdı. Federasiya rəhbərliyi ilə görüşdükdən sonra maraqlı layihənin başlanğıcı kimi məni görmək istədilər. Tərəddüd etmədən razılaşdım. Rəhbərliklə görüşdən sonra tam fərqli düşüncədə olduqlarını hiss etdim. Qarşılıqlı oldu. Münasibətlər quruldu rəhbərliklə. Naxçıvanda görülən işlər göz qabağındadı. Azərbaycanda bəlkə də bu cür meydança görmərik. Çalışacağıq ki, bu gün I Diviziondayıqsa, özümüzü Premyer Liqadakı kimi göstərək. Qaydalara riayət etməliyik ki, bizi Premyer Liqaya dəvət etsinlər. Yaxın günlərdə yeniliklərimiz olacaq. Əlavə stadionlar tikiləcək. Rəhbərlik artıq öz sözünü deyib ki, bugünkü tədbir bitdikdən sonra sabah stadionların inşasına başlanacaq. Uzaq yola çıxmışıq və istəyirik axsamayaq, irəliləyək.

- Kütləviliyi keyfiyyətə keçirmək mümkündü?

- 44 günlük müharibədən sonra bölgələrimiz döyüşkənli ilə seçilib. Məşqçinin istəyi odur ki, idmançı döyüşkən olsun. Naxçıvanda da bu, yetərli qədər var. Sadəcə çərçivəyə salaraq, onu futbola lazım olan duruma gətirəcəyik. İki ay əvvəl AFFA burada yarış keçirdi. 13-14 yaşında yetəri qədər futbolçu var. Yaxın vaxtlarda həmin uşaqlardan öz komandamızda da, yığmalarımızda da görəcəyik. Döyüşkən uşaqlardı. Türkiyədə 20 günlük toplanışımız da olacaq. Futbolun inkişafı üçün nə lazımdırsa, daha artığını edək ki, özümüzü daha da yuxarılarda göstərək.

- Növbəti mövsüm sizi 15 səfər oyunu gözləyir. Yorucu gəlmir?

- Böyük komandalar 2-3 saatlıq təyyarə ilə gedirlər səfərlərə, özü də oyun günü, bir gün əvvəl getmirlər. Bakıda klubun yerləşdiyi otel var, avtobusumuz da alınacaq. Yol məsələlərinin hamısını fikirləşmişik. Digər klubların xərclərini nəzərə alanda böyük məbləğ etmir. Heç bir böyük çətinliklər olmayacaq. Hər gün inkişaf etmək istəyirik. Bu gün Naxçıvan elə regionda yerləşir ki, sağı-solu Türkiyə, İrandı. Futbolçunun inkişafı üçün səfər lazımdı. Uşaq futbolçular təyyarəyə minəndə artıq artırırlar. Naxçıvan futbolu adına daha yaxşı işlər bizi gözləyir.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right