“Bizə xaricdə qol vurmaq çətin olur” “Qarabağ”ın legioneri

“10 ballıq şkalı üzrə başa çatan mövsümdəki oyunlarıma 9 qiyməti verərdim. Çünki afrikalı futbolçuya xaricdə qol vurmaq asan deyil”.

Newsport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Ovusu Kvabena bildirib. Qanalı hücumçu ötən mövsümü Türkiyə birinci liqa təmsilçisi “Ankaragücü”də keçirib. 24 yaşlı oyunçu liqada 7, kubokda 3 olmaqla 10 qol vurub, 4 qolun isə ötürməsini edib.

Kvabena ölkəsinin mətbuatına açıqlamasında qeyd edib ki, afrikalı futbolçulardan Sadio Mane və Məhəmməd Salah da qol vurmaqdan daha çox əzmlə çalışırlar: “Müşahidə etdiyim budur ki, qanalı futbolçuların xaricdə qol vurması çətindir. Harri Keyn şans qazanan kimi rahatlıqla qol vura bilir. Bizlər isə çox mübarizə aparırıq. Düşünürəm ki, bizdən fərqli olaraq, avropalılar futbolda çox şey öyrənirlər”.

Qeyd edək ki, “Ankaragücü” ilə müqavilə müddəti başa çatan Ovusunun tezliklə “Qarabağ”ın düşərgəsinə qayıdacağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right