“Zirə” Ağabala Ramazanovla yollarını ayırdı

“Zirə” PFK Ağabala Ramazanovla yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

“Zirə” PFK göstərdiyi xidmətlərə görə futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Ağabala Ramazanov 2020-ci ildən “Zirə”də çıxış edirdi.

Təcrübəli forvardın “Səbail”ə keçməsi gözlənilir. O, qardaşı Zaur Ramazanovun hazırda məşqçi kimi çalışdığı “dənizçilər”lə anlaşıb. Futbolçu 2018/2019 mövsümündə də “Səbail”in formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right