Qonçarenko "Neftçi"nin yeni baş məşqçisi olacaq?

Rusiya "Krasnodar"ının sabiq çalışdırıcısı Viktor Qonçarenko tezliklə  "Neftçi"nin baş məşqçisi təyin olunacaq.

Newsport.az xəbər verir ki, bu barədə insayder Vladislav Tatur teleqram kanalında xəbər yayıb.  Belaruslu mütəxəssisin "Neftçi" ilə müqaviləsi başa çatan Samir Abasovu əvəzləyəcəyi bildirilib.

Qeyd edək ki, "Neftçi"də  iyunun 2-də Müşahidə Şurasının iclası keçiriləcək. İclasda baş məşqçi məsələsi müzakirə olunacaq.

Xatırladaq ki, Qonçarenko bu ilin yanvarında "Krasnodar"da baş məşqçi vəzifəsindən istefaya göndərilib. O, indiyə kimi işsizdir. Qonçarenko məşqçi karyerası ərzində BATE (Belarus), SSKA , "Kuban, "Ural", "Ufa" (hamısı Rusiya) klublarında da çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right