"Zenit"in futbolçusu: "Ümid edirəm ki, Azərbaycan yığmasına qalib gələcəyik"

"Məşqçilər korpusu əsas diqqəti əvvəlki matçlarda buraxdığımız səhvlərə yönəldib. Ümid edirəm ki, gələcəkdə belə səhvlərə yol verməyəcəyik və ilk görüşümüzdə qalib gələcəyik".

Newsport.az məlumatına görə, bunu Qazaxıstan millisinin futbolçusu Nuralı Alip UEFA Millətlər Liqasının I turunda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl "Sports.kz" saytına müsahibəsində deyib.

23 yaşlı müdafiəçi Azərbaycan millisinin ciddi rəqib olduğunu bildirib: "Onların heyətində yaxşı xarici klublarda çıxış edən oyunçular var. Heç kimi qiymətləndirməmək olmaz. Bütün rəqiblərə ciddi yanaşmaq, son döyüş kimi köklənmək lazımdır".

Müqavilə ilə "Kayrat"a məxsus olan və icarə əsasında Rusiya "Zenit"ində çıxış edən oyunçu Slovakiya seçməsini qrupdakı ən güclü komanda hesab edib: "Üstəlik, indi onlarla iki dəfə oynamalıyıq. Belə rəqiblə döyüşmək maraqlı olacaq. Qrupdakı bütün komandaların güclü olduğunu deyə bilərəm, burada zəif komanda yoxdur. Hamısı bərabər səviyyədədir. Kim qarşıdakı matçlara yaxşı uyğunlaşacaqsa, o da daha çox xal qazanacaq".

Müdafiəçinin sözlərinə görə, Azərbaycan seçməsi ilə görüşdə azarkeşlərdən çox şey asılı olacaq: "Fanatların stadionu doldurmalaarını və bizi dəstəkləmələrini istəyirəm. Onların dəstəyi bizim üçün önəmlidir. Çətin qarşılaşma olacaq. Amm qələbə qazanmaq və həmyerlilərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Qazaxıstan Millətlər Liqasındakı ilk oyununu Azərbaycana qarşı keçirəcək. İyunun 3-də paytaxt Nur-Sultandakı "Astana Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Komanda iyunun 6-da və iyunun 10-da müvafiq olaraq Slovakiya və Belarusun qonağı olacaq, üç gün sonra isə Slovakiyanı qəbul edəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right