"Qarabağ" Avropanın çempion klubları arasında ilk "5-liy"ə düşüb

Avropa ölkələrində ən yaxın izləyicisindən daha çox fərqlə çempion olan futbol klubları açıqlanıb.

Newsport.az xəbər verir ki, "Sport-fm" nəşrinin araşdırmasına əsasən, ilk "5-lik"də Azərbaycan çempionu "Qarabağ" da yer alıb.

Mövsümü 69 xalla başa vuran və gümüş medalçı "Neftçi"ni 19 xal qabaqlayan "köhlən atlar" bu göstəriciyə görə Yunanıstan "Olimpiakos"u ilə birlikdə 4-5-ci yerləri bölüşdürür. Afina təmsilçisi 83, onun ən yaxın izləyicisi PAOK isə 64 xal toplayıb.

İlk pillədə Bosniya və Herseqovinanın "Zrinski" klubu yer alıb. 84 xala malik ölkə çempionu "Tuzla Siti"ni 27 xal qabaqlayıb.

İkinci sırada Avstriya "Zaltsburq"u (+25), üçüncü yerdə isə Bolqarıstan "Lüdoqorets"i (+21) qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right