Qazaxıstan - Azərbaycan oyununun hakimləri açıqlanıb

UEFA Millətlər Liqasının I turunda keçiriləcək Qazaxıstan - Azərbaycan oyununun hakimləri açıqlanıb.

Newsport.az xəbər verir ki, qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

İştvan Vada Vencel Tot və İstvan Albert laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Ferens Karako yerinə yetirəcək.

Qeyd edək ki, iyunun 3-də Nur–Sultandakı "Astana Arena"da oynanılacaq matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right