Azərbaycan millisinin yekun heyəti

UEFA Millətlər Liqasında iyunun 3-də Nur-Sultan şəhərində Qazaxıstan, 6-da Serbiyanın Novi Sad şəhərində Belarus, 10-da və 13-də isə Bakıda müvafiq olaraq Slovakiya və Belarus milli komandaları ilə qarşılaşacaq, qeyd olunan oyunlara hazırlıq məqsədilə təlim-məşq toplanışına başlayan Azərbaycan millisinin yekun heyəti açıqlanıb.

Newsport.az-ın məlumatına görə, yığmanın baş məşqçisi Canni De Byazi 26 futbolçuya dəvət göndərib.

Qapıçılar: Şahruddin Məhəmmədəliyev ("Qarabağ"), Səlahət Ağayev ("Sabah"), Emil Balayev ("Turan", Qazaxıstan)

Müdafiəçilər: Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Maksim Medvedev, Toral Bayramov, Abbas Hüseynov (hamısı "Qarabağ"), Cəlal Hüseynov ("Zirə"), Anton Krivotsyuk ("Visla", Polşa), Azər Salahlı ("Neftçi"), Höccət Haqverdi ("Sumqayıt"), Bəxtiyar Həsənalızadə ("Sabah")

Yarımmüdafiəçilər: Qismət Alıyev, Coşqun Dİniyev, (hər ikisi "Zirə"), Riçard Almeyda, Qara Qarayev (hər ikisi "Qarabağ"), Emin Mahmudov, Eddi İsrafilov (hər ikisi "Neftçi"), Aleksey İsayev ("Sabah"), Anatoli Nuriyev ("Sumqayıt") Dmitri Nazarov ("Erzgebirge", Almaniya), 

Hücumçular: Ramil Şeydayev ("Qarabağ"), Namik Ələskərov ("Bursaspor", Türkiyə), Renat Dadaşov ("Tondela", Portuqaliya), Mahir Emreli ("Dinamo Zaqreb", Xorvatiya)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right