"Qarabağ" və Qurban Qurbanovdan ilklər

Azərbaycan kubokunun 2021/22 mövsümünün qalibi olan “Qarabağ” iki rekorda imza atıb.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu tarixində 7-ci dəfə bu mükafata sahib çıxıb. 1993, 2005/06, 2008/09, 2014/15, 2015/16, 2016/17 mövsümlərində də kuboku qazanan “Qarabağ” bu göstəricidə mütləq rekord müəyyənləşdirib. “Neftçi”nin 6, “Kəpəz”in 4, “Bakı” və “Xəzər Lənkəran”ın hərəsinin 3, “Şamaxı”nın 2, “İnşaatçı (Bakı), “Şəfa” və “Qəbələ”nin 1 kuboku var.
“Qarabağ” 1993, 2014/15, 2015/16, 2016/17 mövsümlərində olduğu kimi “Qızıl dubl”a imza atıb. Ağdam təmsilçisi bu göstəricidə özünün müəllifi olduğu rekordu yeniləyərək 5-ə çatdırıb. “Neftçi”nin üç, “Kəpəz”lə “Xəzər Lənkəran”ın hərəyə 1 “Qızıl dubl”u var.

“Qarabağ”ın qazandığı 7 kubokdan beşi Qurban Qurbanovun baş məşqçiliyi altında əldə olunub. 50 yaşlı mütəxəssis baş məşqçi kimi 5 kubok əldə edən ilk çalışdırıcı olub. Mehman Allahverdiyev 4, Ağasəlim Mircavadov 3, Əsgər Abdullayev, Kazbek Tuayev, Böyükağa Hacıyev, Sənan Qurbanov hərəyə 2, Məmmədəli Məmmədov, Böyükağa Ağayev, Cüneyt Biçər, Novruz Əzimov, Vaqif Sadıqov, Mirça Rednik, Əhməd Ələsgərov, Yuri Maksimov hərəyə 1 dəfə belə uğura əldə edib.
“Qarabağ” 4-cü dəfə Qurban Qurbanovla “Qızıl dubl” edib. Kazbek Tuayevlə Ağasəlim Mircavadov hərəyə 2, Böyükağa Hacıyev və Mehman Allahverdiyev 1 dəfə ikiqat uğura nail olub.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah