Qara Qarayev: "Ağır keçdi, amma kuboku əldə etdik"

"Həqiqətən çətin oyun oldu. Bizim üçün ağır keçdi. Amma nəticədə kuboku əldə etdik ki. Bu da bizim üçün əlavə sevinc, əlavə motivasiyadı. "Qarabağ" azarkeşlərinə təşəkkür edirəm. Bu mövsüm qarşımıza qoyduğumuz bütün məqsədlərə çatdıq. Bundan sonra da işimizi davam etdirəcəyik".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Qara Qarayev ölkə kubokunun finalından sonra deyib.

"Zirə"yə qarşı keçirilən matçdan sonra komandasının aparıcı üzvü jurnalistlərin suallarını cavablandırıb.

- Oyunun əlavə vaxta getməsi psixoloji gərginlik yaradırdı? 
- Yox. Oyunun sonlarına yaxın "Neftçi" oyunun ssenarisinin təkrarlanacağını fikirləşirdik. Şükürlər olsun ki, sonda qalib gəldik. Oyun ağır keçdi. Burada oynamaq Bakı ilə nisbətən, daha fərqli, daha ağırdı. Bu ağırlığa baxmayaraq işimizin öhdəsindən gəldik. "Zirə" yə uğurlar arzu edirəm. Rəşada da uğurlar arzulayıram. Qol buraxmayan, çox yaxşı komanda formalaşdıra bilib.

- Səsinə nə olub? 
- Qışqırmaqdan belə olub(gülür).

Hacı Mərdan/Qəbələ





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right