Bu gün Azərbaycan Kubokunda 2021/2022 mövsümünün qalibi məlum olacaq.
Newsport.az xəbər verir ki, həlledici oyunda "Qarabağ" və "Zirə" komandaları üz-üzə gələcək. Qəbələ şəhər stadionunda baş tutacaq oyuna saat 19:00-da start veriləcək.
"Qarabağ"ın heyətində itki yoxdur. "Zirə"də isə hücumçu Filipe Paxtman zədə səbəbindən finalı buraxacaq.
"Qarabağ" Premyer Liqada mövsümün qalibi olub. "Zirə" isə bürünc medal qazanıb.
Azərbaycan Kuboku
Final
19:00 "Qarabağ" - "Zirə" 1-1(Penaltilər seriyası - 4:3)
Qol: Hamidu Keyta, 17, Abdullah Zubir, 66
Qəbələ şəhər stadionu