Andrey Pavelko: "Elxan Məmmədova Ukrayna yığmasının xüsusi formasını verdim"

Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko ölkə yığmasının xüsusi geyim formasını FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədova hədiyyə edib.

Newsport.az-in məlumatına görə, bu barədə Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədovun Kiyevə işgüzar səfəri barədə sosial şəbəkədəki şəxsi hesabında yazıb.

47 yaşlı funksioner E.Məmmədovu Ukraynanın xoşməramlı dostu adlandırıb: "FIFA Ukraynanı dəstəkləməkdə davam edir. Əvvəllər AFFA-nın icraçı vitse-prezidenti vəzifəsində çalışmış Elxan Məmmədovla çoxdandır məhsuldar işləyirik. Ukraynaya bu gəlişi də FIFA-da vəzifəyə təyinatından sonra ilk səfərlərindən biri və onun dövlətimizə isti münasibətinin əla nümunəsidir. Məhz FIFA-dan Ukraynaya dəstək onun səfərinin əsas məqsədi idi".

Pavelko Ukrayna Futbol Evində UAF-ın I vitse-prezidenti Aleksey Mixayliçenko, baş katib Yuri Zapisotski, eləcə də veteran futbolçular Anatoli Demyanenko, Oleq Protasov və Vadim Kostyuçenko ilə birlikdə vacib məsələləri müzakirə etdiklərini söyləyib. O, daha sonra Ukraynanın gənclər və idman naziri Vadim Qutsaytla da görüşün keçirildiyini xatırladıb.

Qurum rəhbərinin fikrincə, bu, Rusiya yığmaları və klublarının beynəlxalq yarışlardan kənarlaşdırması, habelə dünya futbol ictimaiyyətinin Ukraynaya fevralın 24-dən ciddi humanitar yardım göstərməsi qarşılığında FIFA-ya yüksək nümayəndəsi vasitəsilə minnətdarlıq etmək baxımından yaxşı imkan olub: "Yardımlar dərmanlar, tibbi avadanlıq və məmulatlar, zəruri tələbat malları, habelə, futbolçularımıza və hakimlərimizə xaricdə peşəkar dəstəkdən ibarətdir. Rusiya işğalçıları üzərində qələbədən sonra Ukrayna futbolunun dirçəlişində bizə kömək etməyə hazırlığını bildirdiyi üçün başda Canni İnfantino olmaqla, FIFA-ya təşəkkür edirəm. Əsas prioritetlərimiz sırasında ukraynalı uşaqlara futbola fəal cəlb olunmaqla müharibə dəhşətlərini unutmaları üçün yardım proqramları da yer alıb".

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right