“Məqsədim ölkəmizi xaricdə təmsil etməkdir” “Turan”ın futbolçusu

“Turan”ın futbolçusu Sadiq Şəfiyevin Newsport.az-a müsahibəsi
 
- “Turan” bu il Azərbaycan çempionatında çıxış edəcək, bununla bağlı fikirlərin necədi?
- Ümid edirəm ki, daha çox uğurlar qazanarıq.Buna çox inanıram. Düşünürəm ki, əlimizdən gələni edib pik səviyyədə çıxış etməliyik. 
 
- Komandanızda daha təcrübəli və yaxşı futbolçular gələcək. Bu səni narahat etmir? Yəni rəqabət daha çox olacaq...
- Xeyr, əksinə daha təcrübəli futbolçularla bir komandada oynamaq yaxşıdır. Mən rəqabəti çox sevirəm. 
 
- 1 ci dəstədə 9 qol, 2 asist etmişdin. Çempionatı bu uğuru təkrərlaya biləcəksənmi?
- Əlbəttə, mən bundan da çox qol vuracam. İnşallah bunun üçün əlimdən gələni etməyə hazıram. 
 
- Bu yaxınlarda Rövşən Babayev səni və bir neçə komanda yoldaşını milliyə qazandırdığını açıqlamışdı. Bununla bağlı nə deyə bilərsən?
- “Turan”a gəlməmişdən öncə milli komandaya dəvət almışdım. 
 
- Milli komadadakı oyununla bağlı nə deyə bilərsən?
- Millidəki çıxışım mənə təcrübə qazandırır. 
 
- Komandanıza yeni baş məşqçi təyin olub. Ayxan müəllimlə tanış olmusuz?
- Xeyr.
 
- Gələcək katyeranla bağlı nə deyə bilərsən? Gələcəkdə ölkə xaricində oynamaq istəyirsən?
- Əlbəttə ki, hər bir futbolçunun arzusu ölkəsini xaricdə təmsil etməkdir. Buna inanıram. Düşünürəm ki, Azərbaycanı xarici klublarda layiqincə təmsil edəcəm. 
 
- Bunu üçün nə edirsən? Yəni digər futbolçulardan fərqli nəsə məşq edirsən? Ya komandanın məşqi ilə kifayətlənirsən?
- Komandanın məşqlərindən əlavə boş vaxtlarımda öz üzərimdə daim çalışıram. 
 
- Səncə, komandanız çempionatda hansı yerlər üçün mübarizə aparacaq?
- Təbii ki, daha yuxarı yerlər üçün oynamağa çalışacağıq
 
- Uzun zamandan sonra “Turan” Premyer Liqaya vəsiqə qazandı. Bunu komada olaraq necə qarşıladınız?
- Azarkeşlərimiz və komandamızla birlikdə çox sevindik. 
 
- Bu il həm də “Kəpəz” Premyer Liqaya vəsiqə qazandı. Bir Gəncəli olaraq və “Kəpəz”də futbolun sirlərin öyrənməyə başladığın üçün bu komanda da sənə doğmadı. Bununla bağlı nə deyə bilərsən?
- Əlbəttə, bir gəncəli olaraq komandanın əsas liqada çıxış edəcəyinə sevindim.
 
Mərdan Həsənov




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah