Elxan Məmmədov FIFA rəsmisi kimi Moldovaya səfər edib

FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov Moldovaya işgüzar səfər edib.

Newsport.az-in məlumatına görə, AFFA-nın sabiq baş katibi Kişineunun "La İzvor" parkındakı çimərlik futbolu arenasına baxış keçirib və Moldova Futbol Federasiyasının (FMF) icraçı direktoru Adrian İksari ilə görüşüb.

E.Məmmədov 27 avqust 2020-ci ildə açıldıqdan sonra idman qurğusuna baş çəkən ilk FIFA rəsmisi olub. O və A.İksari parkdakı stadionda çimərlik futbolu və digər idman növlərinin inkişafında infrastrukturun vacibliyini vurğulayıblar. FIFA rəsmisi idman kompleksinə yüksək qiymət verib.

Arena üçün FIFA 1 milyon avroya ayırıb ki, bu da stadionun tikinti xərclərinin 80 faizini təşkil edib. Habelə bildirilib ki, "La İzvor"un daxilində Kişineu meriyası ilə tərəfdaşlıq şəraitində digər idman meydançaları da inşa olunub.

Avropa Milli Assosiasiyaları Departamentinin direktoru FMF rəhbərliyinə arenanın tikintisi layihəsini yaxşı səviyyədə həyata keçirdikləri üçün təşəkkürünü bildirib.

Qeyd edək ki, hazırda idman kompleksində mini-futbol, tennis, çimərlik futbolu, fitnes və uşaq meydançaları fəaliyyət göstərir.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah