Azərbaycan kubokunda ilk dəfə

Bu həftə 2021/22 mövsümünə yekun vurulacaq. Newsport.az xəbər verir ki, mövsüm Azərbaycan kubokunun final matçı ilə başa çatacaq.
 
Qəbələdəki qarşılaşma ölkə kubokunda yeni cütün dueli ilə əlamətdar olacaq. İndiyədək yolları kəsişməyən rəqiblər 30-cu kubokun qalibi olmaq üçün mübarizə aparacaq.
 
Azərbaycan Kuboku
Final
27 may
 
17. "Qarabağ" – "Zirə"  – indiyədək qarşılaşmayıblar
 
Finalçılar Azərbaycan kubokunda ilk dəfə üz-üzə gələcək. Rəqiblər indiyədək bu turnirdə qarşılaşmayıblar. “Zirə” “Qarabağ”ın kubokda 39-cu rəqibi olacaq. Ağdam klubu isə qəsəbə təmsilçisi üçün 10-cu rəqibdir. Yarışın 30 illik tarixində 472 müxtəlif cüt üz-üzə gəlib. “Qarabağ” – “Zirə” bu siyahıda 473-cü olacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right