"Qarabağ"ın futbolçusundan çempionluq paylaşımı

"Qarabağ"ın futbolçusu Riçard Almeyda instaqramda paylaşım edib.

Newsport.az xəbər verir ki, yarımmüdafiəçi Premyer Liqada qazandıqları çempionluqla bağlı bunları yazıb:

"Əvvəlcə bu titul üçün Allaha şükür etmək və hər zaman yanımda olan ailəmə təşəkükr etmək istəyirəm. Həmçinin, bu uğura və çempionluğa görə "Qarabağ" rəhbərliyinə və bütün komandaya təşəkkür edirəm".

​Almeyda bu mövsüm Premyer Liqada 16 oyuna çıxıb. 33 yaşlı yarımmüdafiəçinin müqaviləsi iyunun 30-na qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right