"Qəbələ" 3 legioneri ilə yeni müqavilə imzaladı

“Qəbələ” üç futbolçusu ilə müqavilə müddətini uzadıb.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı şimali makedoniyalı yarımmüdafiəçi İsnik Alimi, 22 yaşlı ispaniyalı qapıçı Kristof Atanqana və 23 yaşlı toqolu hücumçu Yaovi Akakpo ilə yeni anlaşma imzalanıb. Bu müqavilələr daha bir il müddətinə nəzərdə tutulub.

Əvvəlki anlaşmaları 2021-2022-ci illər mövsümünün sonunda başa çatan legionerlər növbəti mövsümdə də “qırmızı-qara” formanı geyinəcək. Hər üç oyunçunun yeni anlaşması 2023-cü ilin iyununda başa çatacaq.

Xatırladaq ki, “Qəbələ”nin heyətində Alimi 32 (10 qol), Akakpo 6 (2 qol), Atanqana 5 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right