"Sabah"ın müdafiəçisi Premyer Liqa klubları arasında seçim edəcək

"Sabah"ın futbolçusu Slavik Alxasov yeni mövsümə başqa klubda başlaya bilər.

Newsport.az-ın məlumatına görə, müdafiəçinin yayda hazırki klubundan ayrılacağı iddia edilir.

Onun xidmətində maraqlı olan klubların sayı da az deyil.

2022/2023 mövsümündən Premyer Liqada yüksək yerlər uğrunda mübarizə aparacağı iddia edilən "Səbail" Alxasovu heyətinə qatmaq niyyətindədi.

Qışda “Neftçi”dən təklif alsa da, “Sabah”da qalmağa üstünlük verən müdafiəçinin “Səbail”, yoxsa xidmətində maraqlı olan digər klublardan birinə keçəcəyi yaxın vaxtlarda dəqiqləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right