Rəşad Sadıqovun klub məşqçisi kimi ilk mükafatı

Azərbaycan milli komandasının, “Qarabağ” və “Neftçi”nin sabiq kapitanı Rəşad Sadıqov klub məşqçisi qismində ilk medalını qazanıb.

Newsport.az-ın məlumatına görə, 39 yaşlı mütəxəssin rəhbərlik etdiyi “Zirə” Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünü 3-cü yerdə başa vurub.

“Zirə” klubunun üzvləri ilə yanaşı R.Sadıqova da dünən keçirilən Premyer Liqanın qaliblərinin mükafatlandırma mərasimində bürünc medal təqdim edilib.

Qeyd edək ki, R.Sadıqov klub məşqçisi qismində fəaliyyətinin ikinci mövsümündə mükafat qazana bilib. Bundan başqa, onun komandası bu mövsüm Azərbaycan kubokunun finalında da oynamaq hüququ qazanıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right