"Sabah"ın məşqçisi: "Avrokuboklara vəsiqə qazanmaq istəyirdik"

"Sabah" Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib.

Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin məşqçisi Artur Olenin jurnalistlərin suallarını cavablandırıb:

- Vacib oyundan öncə heyətin əsasını təşkil edən bir neçə futbolçumuzu itirdik. Bu, oyunumuza təsir etdi. Bilirik ki, “Qəbələ” mərkəzdə və hücumda yaxşı oynayır. İlk ötürmələrdə işimiz alınmadı. Bu oyuna səhvsiz başlamaq lazım idi. Amma biz səhvlər etdik. Bu da oyunumuza təsir etdi. İntizamsızlıq oldu oyunumuzda. Sonradan özümüzdə güc tapıb qolumuzu vurduq. Epizodlarımız var idi, təəssüf ki, ardını gətirə bilmədik.

- “Sabah” avrokuboklardan kənarda qaldı. Mövsümü komanda üçün necə dəyərləndirirsiniz? Yeni mövsüm uğur qazanmaq üçün nələri dəyişmək lazımdı?

- Biz gələndə komanda sonuncu pillədəydi. Müəyyən irəliləyişlər oldu. Yaxşı nəticələr qazandıq. Amma Murad Musayev da deməyib ki, avrokuboklara düşəcəyik. Biz də istəyərdik. Avrokuboklara vəsiqə qazanmaq istəyirdik. Əlimizdən gələni etdik, amma alınmadı. Futbol belədir. İrəliyə addım atdıq, böyük iş gördük. Razıyıq? Yox. Fikrimcə, keyfiyyətli iş gördük.

- Daha da güclənmiş komanda görəcəyik?

- Transfer siyasəti barədə danışmaq istəmirəm. Necə olacağını gələn mövsüm görəcəyik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right