Orxan Məmmədov bürünc medal, gələcək hədəflər və Rəşad Sadıqov haqda danışdı ÖZƏL MÜSAHİBƏ

"Zirə"nin fəxri prezidenti Orxan Məmmədov bu gün keçirilən mükafatlandırma mərasimindən sonra Newsport.az-a eksklüziv müsahibə verib:

- Bürünc medalı komandanız üçün uğur hesab etmək olar?

- Bəli, əlbəttə. Çünki bu mövsüm avrokuboklara vəsiqə qazanmağı qarşımıza məqsəd kimi qoymuşduq. Yekunda da 3-cü pilləni tutduq. Ümumiyyətlə, mövsüm boyu ancaq yüksək yerlər üçün oynayırdıq, özünüz də turdan-tura bunu görürdünüz. Yekunda 3-cü pilləni tutmaq qismət oldu. Əlbəttə ki, ölkə kubokunun finalını da göz önündə saxlayırıq və çalışacağıq ki, mövsümü üzüağ qapadaq.

- Gələcək üçün əsas hədəfiniz nədir?

- Növbəti hədəf ilk növbədə dediyim kimi, ölkə kubokunun finalı. Bir növbəti hədəf isə avrokuboklardı və həmin turnirdə də ən azı bir mərhələ keçmək istəyirik. Təbii ki, püşkdən də çox şey asılıdır. Növbəti mövsüm üçün əlbəttə, komanda güclənməlidir, yeni transferlərə baxacağıq.

- Növbəti mövsümdə "Zirə"ni çempionluq mübarizəsində görə biləcəyik?

- Əlbəttə, hər bir komanda hansısa nəticəni qazanandan sonra çalışır ki, daha yaxşısını əldə etsin. Azərbaycan çempionatında oynayan komandaları siz də bilirsiniz, çempionluq uğurunda mübarizə çox çətindir. Söhbət tək transferlərdən getmir. Burda həm də infrastruktur da vacib amildi. Eləcə də digər başqa məsələlər. İnşAllah bunlar gələcəyin işləridir.

- Rəşad Sadıqovun fəaliyyətini, onunla işbirliyinizi də dəyərləndirərdiniz...

- Futbolçu kimi Rəşad Sadıqov haqda nə isə deməyə ehtiyac görmürəm, çünki Azərbaycanın futbol tarixində öz imzasını qoyub. Bugünkü oyundan sonra da gördünüz ki, "Qarabağ" azarkeşləri onu necə yanlarına çağırıb alqışladı. Rəşadı əldə etmək, onunla müqavilə bağlamaq klub olaraq, bizim üçün də uğur oldu. Həm ötən mövsüm, həm bu ilki bürünc medal bizim üçün nəticədir. Növbəti mövsümdə də bizimlə olacaq, inanırıq ki, nəticələr daha da yaxşı olacaq. 

- Artıq bununla bağlı hansısa danışığınız olub?

- Bəli, danışığımız olub, dediyim kimi, Rəşad Sadıqov bizimlə yola davam edəcək. 

Hacı Mərdan





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right