"Sumqayıt" kapitanı ilə müqaviləni yenilədi

2022/23 mövsümü üçün transfer çalışmalarına start verən “Sumqayıt” kapitanı ilə müqaviləni yeniləyib.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Vurğun Hüseynov növbəti mövsümdə də komandada çıxış edəcək.

Qeyd edək ki, Vurğun Hüseynov “Sumqayıt”ın tarixində ən çox oyun keçirən futbolçudur. 2013-cü ildə “Xəzər Lənkəran”la oyunda debüt edən təcrübəli müdafiəçi ümumilikdə 188 qarşılaşmada meydana çıxıb, 2 qol vurub.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right