"Sumqayıt" kapitanı və rekordçusu ilə müqaviləni uzadıb

2022/23 mövsümü üçün transfer çalışmalarına start verən "Sumqayıt" futbol klubu kapitanı Vurğun Hüseynovla müqaviləni yeniləyib.

Newsport.az "gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi ilə 1 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Vurğun Hüseynov "Sumqayıt"ın tarixində ən çox oyun keçirən futbolçudur. 2013-cü ildə “Xəzər Lənkəran”la oyunda Sumqayıt şəhərinin eyniadlı təmsilçisində debüt edən təcrübəli müdafiəçi ümumilikdə 188 qarşılaşmada meydana çıxıb. O, 2 qol vurmağa da müvəffəq olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right