Premyer Liqamızda mövsümün ən yaxşı futbolçusu seçildi

Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Newsport.az xəbər verir ki, İdman Araşdırmalar Mərkəzinin keçirdiyi səsvermə nəticəsində “Qarabağ”ın futbolçusu Kadi Borges Malinovski bu ada layiq görülüb.

Mükafatlandırma mərasimi mayın 22-də Bakı Olimpiya Stadionunun qapalı meydançasında jurnalistlər arasında Zəfər Kubokunun saat 11:00-da başlanacaq “Suqovuşan” – “Xocalı” oyunundan əvvəl fəxri qonaqların iştirakı ilə keçiriləcək.

Səsvermədə 8 komandadan adları Peşəkar Futbol Liqasının rəsmi saytında əsas komanadaların heyətində göstərilən ümumilikdə 189 nəfər (181 futbolçu, 8 baş məşqçi) iştirak edib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right