“Məqsədim “Qarabağ”ın əsas heyətində oynamaqdır” Musa Məmmədov

Bu gün Azərbaycan U-19 millisinin heyəti açıqlanıb. Heyətdə diqqəti çəkən məqam “Qarabağ”ın 15 yaşlı futbolçusu Musa Məmmədovun 19 yaşlılardan ibarət yığmaya çağırılmasıdır. Məhz bunu nəzərə alıb Ağdam klubunun da U-19 komandasında çıxış edən mərkəz müdafiəçisi ilə danışdıq. O, Newsport.az-a açıqlamasında məşqçisi Səttar Əliyevin əziyyətindən və digər məsələlərdən danışıb: 
 
- 15 yaşında 19 yaşlılardan ibarət milliyə dəvət almaq necə hissdir?
- İndiyə qədər bir neçə milli toplanışına dəvət almışam. İstər U-17, istərsə də, U-18-ə çağırılmışam. Əslində, 19 yaşlılardan ibarət milli komandaya dəvət alacağınmı gözləmirdim. Buna çox sevindim. Dəvət almağımın bir neçə səbəbkarı var. Bunlar məşqçilərim və klubumdur. “Qarabağ”ın məşqçiləri sayəsində bu yerdəyəm. Onu da vurğulayım ki, mənim U-19-a çağırılmağımda U-18 yığmasının çalışdırıcısı Aqil Nəbiyevin böyük rolu var. Ona və məşqçi heyətinə borcluyam. Karyeramın ilk addımlarını atıram. Daha çox çalışıb həm “Qarabağ”a, həm də milliyə xeyir vermək istəyirəm.
 
- Futbolçu olaraq arzuların nədir
- Hər bir futbolçunun xəyalıdır ki, böyük klubda oynasın. Mənim də xəyallarım var, hazırki klubumdan razıyam.
“Qarabağ”ın əsas komandasında çıxış etmək ən böyük xəyalımdır. 
 
- Gələcəkdə Qurban Qurbanovun rəhbərliyi altında oynamaq üçün nələr edirsən?
- “Qarabağ”ın əsas komandasında oynamaq asan deyil. Fərdi məşqlər almıram. Amma məşqdən sonra çatışmayan cəhətlərim üzərində işləyirəm. 
 
- Azərbaycanda bir çox futbolçular ulduz xəstəliyinə tutulur. Bu barədə sən nə fikirləşirsən?
- Bu barədə çox şey deyə bilmərəm. Çünki hər insan bir xarakterə sahibdir. Mən dedim ki, özümdən böyük yaşlılarla futbol oynayacam, amma bu heç bir şeydir. Ulduz xəstəliyinə tutulmamaq üçün dəmir iradə lazımdır. Böyük futbolçular 30-35 yaşlarında olan oyunçular – Ronaldo, Messi və başqaları çox şeyə sahibdirlər. Amma onlar hələ də deyir ki, biz çox çalışmalıyıq. 
 
 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah