Medina Türkiyədən təklif aldı, "Qarabağ"ı seçdi

“Qarabağ”ın futbolçusu Kevin Medina Türkiyədən təklif alıb.

Newsport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov bu gün jurnalistlərə açıqlamasında bildirib. Mütəxəssis qeyd edib ki, kolumbiyalı müdafiəçi adını açıqlamadığı Türkiyə klubundan təklif alsa da, Ağdam təmsilçisində qalmağı seçib.

Qeyd edək ki, Kevin Medina 2020-ci ildən “Qarabağ”ın formasını geyinir. Onunla yaxınlarda 2025-ci ilədək nəzərdə tutulan yeni müqavilə imzalanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right