“Bakıda tanrı kimi yaşayırsınız” De Byazi

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi İtaliya mətbuatına müsahibə verib. 

Newsport.az xəbər verir ki, bresciaingol.com-a danışan mütəxəssis Bakıda yaşayışın yaxşı olduğunu deyib. Həmin müsahibəni təqdim edirik: 

- Bakıda həyat necədir? 

- Azərbaycanın böyük hissəsi səhradır və məhv edilib. Amma burada üç milyon əhalisi olan paytaxt Bakıda tanrı kimi yaşayırsınız. Sadəcə olaraq hər kəs öz üzərinə düşəni etməlidir, onda hər şey yaxşı gedir. Şəhərin köhnə hissəsi o qədər gözəldir ki, ətrafdakı qala divarları ilə birlikdə YUNESKO-nun irsi siyahısına salınıb. Demək olar ki, bütün əcnəbilərin yaşadığı kompleksdə, dənizdə mənzilim var. Burada hara getsəniz, həmişə tıxaca düşürsünüz. Bakıda hər cür mətbəxi təqdim edən restoranlar, şərab və italyan məhsulları olan supermarketlər var. 

- Baş məşqçi kimi Azərbaycan millisi ilə Albaniya yığmasındakı uğurlarınızı təkrarlamağı hədəfləyirsinizmi?

 

- Bəli, amma fərqli şəkildə. Albaniyada oyunçuların demək olar ki, hamısı Avropada oynayırdı. Albaniya millisi İngiltərə, İspaniya və İtaliyada çıxış edən futbolçularla çox inkişaf edib. Burada isə əksinə, xarici ölkələrdə oynayan cəmi beş heyət üzvüm var: biri Türkiyədə, biri Portuqaliyada, biri Almaniyada və ikisi Polşada çıxış edir.

- Builki B seriyasını izləyə bildinizmi?

- Çox vaxt nəticələrə baxmışam, bir də bəzi matçlara. Mənə qolları və bəzi oyunları izləməyə imkan verən sistemim var. Fikrimcə, “Breşia”nın çempionluğu pis olmazdı. İndi onlar hər şeyi 180 dəqiqə ərzində müəyyənləşdirməli olacaqlar. “Monza”nın isə birbaşa A seriyasına vəsiqə qazanacağını düşünürdüm. Onlara əmin-amanlıq və heyətin fiziki durumunun əla səviyyədə olması lazımdır. 
 
- “Breşia”nın futbolçusu Andrea Kistana zədələnib. Bu, pis xəbərdir…

- Ümid edək ki, o, qayıdanda yaxşı formada olacaq.

- 25 may 1980-ci ildə “Breşia”nın heyətində “Monza” ilə matçda meydanda olmusunuz. Bu oyun sizi A seriyasına yüksəltdi. Ümid edirik ki, yaxşı bir xatirədir. 

- Yadımdadır, 2:0 hesabı ilə qalib gəldik. Amma həm də yaxşı oynadıq. Həmin il üçüncü pillədən A seriyasına yüksəldik. O vaxt pley-off mərhələsi yox idi. Mən komandadan Gici Simonu böyük məhəbbətlə xatırlayıram. Bəs, oyunda kim qol vurdu?

- Bortolo Mutti və Pasqual Laçini ...

"Pasqual! O, heç vaxt belə qol vurmayıb (gülür - red.)”.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right