"Turan Tovuz" Premyer Liqaya qələbə ilə gəlir

Azərbaycan I Divizionunda mövsümün son turunun oyunları keçirilib.

 

Newsport.az xəbər verir ki, növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq "Turan Tovuz" doğma meydanda "Zirə-2"ni qəbul edib. Qarşılaşma qərb bölgəsi təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 33-ə yüksəldən "Turan Tovuz" mövsümü 10-cu pillədə başa vurub. 12 xal toplayan "Zirə-2" isə sonuncu olub.

 

“Turan Tovuz” 2–0 “Zirə-2”
Qollar: 
Rövşən Şahmuradov, 48; Famil Camalov, 63





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right